İrəvanda GƏRGİN GECƏ: etirazçılar iki qrupa bölündülər - CANLI
Arxiyepiskop Baqrat Qalstanyanın təşəbbüsü ilə keçirilən “Vətən uğrunda Tavuş” müxalifət hərəkatı tərəfdarlarının yürüşü onun qərarı ilə iki qrupa bölünüb. Bir hissəsi polis tərəfindən nəqliyyatın hərəkəti dayandırılan parlament binasının yaxınlığında qalıb, ikinci qrup isə Qalstanyanın başçılığı ilə blokadadan yan keçərək hökumət bağ evlərinə tərəf yönəlib. Bu səbəbdən İrəvanın Baqramyan-Dəmirçyan, Paronyan-Dəmirçyan kəsişmələrində gərgin vəziyyət yaranıb.
Publika.az xəbər verir ki, bu barədə News.am məlumat yayıb.
Bildirilib ki, polis hər iki istiqamətdə vətəndaşların gedişinə mane olur. Hazırda müxalifətdən olan deputatlar yolun açılması üçün polis əməkdaşları ilə danışıqlar aparır.
Polis də öz növbəsində xüsusi tədbirlər tətbiq edəcəkləri barədə xəbərdarlıq edir və hamilə qadınları sıranı tərk etməyə çağırır.
Qeyd edək ki, bu vəziyyət bir neçə saatdır ki, davam edir. Paronyan-Dəmirçyan kəsişməsində yerləşən Baqrat Qalstanyan polisin bir vətəndaşı qaçırdığını açıqlayıb.
Milli Məclis və hökumət binaları yaxınlığında çoxlu sayda polis toplaşıb.