İrəvanın mina xəritələrini verməkdən imtina etməsi... - XİN

14/10/2024 - 15:29

Azərbaycanın Xarici İşlər Nazirliyi Qazaxda mina partlayışı nəticəsində 23 yaşlı şəxsin xəsarət almasına münasibət bildirib. Axar.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib. Bildirilib ki, 2020-ci ildən ötən müddətdə 381 nəfər mina partlayışının qurbanı olub. Paylaşımda həmçinin Ermənistan tərəfinin mina xəritələrini verməkdən imtina etməsinin adıçəkilən ölkənin sülh və münasibətlərin normallaşması prosesində iştirakı məsələsi ilə ziddiyyət təşkil etdiyi bildirilib. Qeyd olunub ki, beynəlxalq ictimaiyyət Ermənistanın minalardan istifadə etməklə Azərbaycana qarşı davam edən mina terroruna göz yummamalıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30