İRƏVANIN RİSKLİ SEÇİMİ... – “Rasmussen planı” Paşinyana fəlakət vəd edir”

28/08/2024 - 13:23

“Ermənistanı Rusiyanın forpostundan Qərbin forpostuna çevirmək istəyirlər”

“Ermənistan hökumətindən maaş alan lobbiçi, NATO-nun keçmiş baş katibi Rasmussen Qərblə Ermənistanın gələcək qarşılıqlı fəaliyyəti mövzusunda məqalə dərc edib. Rasmussenin İrəvanda geniş şəkildə reklam edilən məqaləsi Ermənistan Təhlükəsizlik Şurası katibinin kabinetində yazılıb və Ermənistanın hərbi-siyasi rəhbərliyinin əsas gözləntilərini əks etdirir”.

“AzPolitika” xəbər verir ki, bu barədə politoloq Fərhad Məmmədov yazıb.

 

 

Ekspert əvvəlcə Ermənistanın gözləntilərinə nəzər salır:

“- Rasmussen Avropa İttifaqı (Aİ) və ABŞ-dən tələb edir ki, liderlərin COP29-da iştirakını sülh müqaviləsi konteksində Azərbaycana təzyiqlə əlaqələndirsin;

- Qarabağı mübahisəli ərazi kimi qeyd edən Rasmussen ermənilərin Azərbaycanı tərk etməsini “insanların köçürülməsi” adlandırır...;

- Ermənistanı az qala sülh müqaviləsinin müəllifi kimi təqdim edir...;

- Ən mühüm və maraqlısı odur ki, Rasmussen öz növbəsində Aİ-yə çağırış edir:

  • Ermənistan istiqamətində təcavüz başlayarsa, Azərbaycanı gözlənilən nəticələri ilə hədələyin;
  • Avropa Sülh Fondunun maliyyələşdirilməsi vasitəsilə Ermənistana siyasi, iqtisadi və müdafiə yardımının daha da gücləndirilsin;
  • Almaniyanın ayrıca adı çəkilir. Rəsmi Berlin Rasmussenin planına görə, Fransadan nümunə götürməli və Ermənistana hərbi yardım göstərməlidir (!!!);
  • Aİ missiyasını gücləndirmək və missiyanın Azərbaycan tərəfinə keçməsinə nail olmaq (!);
  • “Dünyanın kəsişməsi”ni dəstəkləyin, yəni erməni ssenarisi üzrə kommunikasiyaların bloklanmasını;
  • Rasmussen bütün bunların əvəzinə ABŞ-la hərbi təlimlər, “Ermənistanın Aİ ilə yeni iqtisadi əlaqələri”, Ermənistanın KTMT-dən çıxmaq istəyindən bəhs edir…”

     

     

    F. Məmmədov qeyd edir ki, Rasmussenin təqdim etdiyi Ermənistan görüntüsü İrəvanın Rusiyanın forpostundan Qərbin forpostuna çevirmək istəyi deməkdir: “Bir daha görürük ki, Ermənistanın coğrafiyasına, resurslarına və tarixinə əsaslanaraq formalaşmalı olan təbii maraqları xarici sponsorların maraqları ilə əvəzlənir. Ermənistan regiondankənar aktorların maraqlarını ölkənin yaxın qonşularının gözləntilərindən üstün tutur. Məsələn:

     

    - Ermənistanın təhlükəsizlik sistemində daha çox Avropa və ABŞ Rusiya və İranla münasibətlərdə qığılcımlar yaradır;

    - Ermənistan Silahlı Qüvvələrində daha çox Qərb faktoru Azərbaycanla münasibətlərdə gərginlik yaradır;

    - Ermənistanda Fransanın təsirinin daha çox artması Türkiyə və Azərbaycana qarşı düşmənçiliyi artırır;

    - Ermənistanın Azərbaycana təzyiq etmək üçün Qərb resurslarından istifadə tələbi Bakıda reaksiya yaradır;

    - "Dünyanın kəsişməsi" layihəsi ilə çaşqınlıq yaratmaq İran rəhbərliyinin sərt mövqeyinə səbəb oldu...”

    Poltoloqun sözlərinə görə, Ermənistan rəhbərliyi dərk etməlidir ki, belə mövqe dayanıqlı deyil və sponsor ölkələrin konkret liderlərinin fürsətçi maraqları ilə bağlıdır.

    “Burada Rasmussen Almaniyanı Fransanın yolu ilə getməyə çağırır. Çünki Makronun mövqeyi sabit deyil və bu, Fransa ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıqda tıxac yarada bilər. Yaxud ən azından ABŞ seçkilərinin nəticəsindən yorucu gözləntiləri götürək, hədəflərin reallaşması demokratlar qələbəsinə hesblanıb” – o, qeyd edib.

    Fərhad Məmmədov hesab edir ki, təhlükəsizlik sistemində sabitlik ancaq konkret qonşularla - Azərbaycan, Türkiyə, Gürcüstan və İranla əldə edilə bilər: “Ermənistanın Rusiya ilə sərhədi yoxdur və Paşinyan hökumətinin çox narahat olduğu Rusiyadan gələn təhdidləri qonşuları ilə stabil münasibətlər qurmaqla yumşaltmaq olar. Hərbi təyinatlı dəmir-dümürlər nə qədər alsalar da kömək etməyəcək... Gəlin, xatırlayaq: Ermənistanın “İsgəndər”-ləri var idi və bu 44 günlük müharibədə onlara necə kömək etdi?!

    Son 25 ilin təcrübəsi göstərdi ki, forpost olmaq, qonşulara qarşı istifadə edilmək müəyyən müddətə təsir göstərə bilər, amma qaçılmaz fəlakətə gətirib çıxarır. Ermənistan öz qonşularını qıcıqlandırmamaq və təhdid etməmək üçün subyekt olmağı öyrənməlidir. Bütün bunlar yenə əvvəlki mətnlərdə qeyd olunan neytral statusun qəbulu ilə bağlıdır”.

    Ekspert sonda vurğulayıb ki, Ermənistan Konstitusiyasına gözlənilən dəyişikliklər ölkənin taleyüklü qərarlarının qəbulu üçün şans yaradır.

    “Bu şansdan istifadə edilməlidir, çünki region münaqişə meydanına çevrilməməlidir”, - F.Məmmədov yekunlaşdırıb.

     

    “AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33