İsrail ordusu HƏMAS düşərgəsinə nəzarəti ələ keçirdi – KOMANDİRLƏR ÖLDÜRÜLDÜ

06/11/2023 - 10:53

İsrail Müdafiə Qüvvələrinin döyüşçüləri Qəzza zolağında HƏMAS-ın xüsusi əməliyyatlarına cavabdeh olan Camal Musanı məhv edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələrinin (IDF) döyüşçüləri HƏMAS terror təşkilatı üçün xüsusi əməliyyatlara cavabdeh olan Camal Musa da daxil olmaqla, bir neçə HƏMAS terrorçusunu q öldürüblər. Bundan əlavə, İDF əsgərləri quru döyüşlərində HƏMAS batalyonunun komandirlərini öldürüblər”, - məlumatda deyilir.

Mətbuat xidməti həmçinin bildirir ki, İDF quru qüvvələri Qəzza zolağında HƏMAS hərbi düşərgəsini nəzarətə götürüb. “İD quru bölmələri Qəzza zolağında HƏMAS hərbi düşərgəsini nəzarətə götürüb. Kompleksin ərazisində müşahidə məntəqələri, yaraqlılar üçün təlim meydançaları, həmçinin yeraltı terrorçu tunellər var”, - məlumatda deyilir.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ