"İSRAİLİN BU İDDİASI İNSAN ZƏKASINA TƏHQİRDİR" - İordaniya kraliçası

06/11/2023 - 21:39

"İşğal olunmuş ərazilərdə doğulmağa cəsarət etmisiz, bu sizin günahınızdır..."

İordaniyanın 53 yaşlı kraliçası Rania Əl Abdullah İsrailin atəşkəsə çağırıb. 

O deyib ki, İsrailin mülki insanları qorumaqla bağlı ortaya qoyduğu iddiası “insan zəkası”nın təhqirindən başqa bir şey deyil. Çünki reallıq tam fərqlidir

“1,1 milyon insandan evlərini tərk etmək tələb olunur. Deyilir ki, əks təqdirdə ölüm riski ilə üzləşəcəksiz, əlbəttə, bu, mülki şəxslərin müdafiəsi yox, məcburi köçkünlükdür” -deyə, o qeyd edib.

Musavat.com-un məlumatına görə, Rania CNN-nin təmsilçisi Becky Andersona açıqlamasında bildirib ki, o, İsrailin evakuasiya əmrlərinin Qəzzanın xeyrinə olduğuna inanmır, əksinə, bu onların “öz hərəkətlərini qanuniləşdirmək” cəhdidir.

Ötən həftə ABŞ prezidenti Co Bayden HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin verdiyi ölümlə bağlı rəqəmlərə şübhə ilə yanaşdığını bildirib.

ABŞ prezidentinin bu mövqeyi ilə bağlı sualı cavablandıran Rania bunun standart “İsrail təbliğatı” olduğunu söyləyib.

"Hərəkətlərinin dəhşətli nəticələrinin effektini ictimai rəydə minimuma endirməyə, fələstinliləri daha da insanlıqdan uzaqlaşdırmağa və insan əzablarına qarşı insanların həssaslığını kütləşdirməyə çalışırlar. Bu kimi yollarla onlar bu vəhşətə tamaşa edənlərin nəzərlərində özlərinə bəraət qazandırmaq istəyirlər”, kraliça deyib.

BMT-nin məlumatına görə, İordaniyada iki milyondan çox fələstinli qaçqın yaşayır.

Kral II Abdullah sosial mediada bildirib ki, İordaniya bazar günü Qəzzadakı İordaniya səhra xəstəxanasına tibbi yardım paketi atıb və keçən həftə İordaniya İsraildəki səfirini müharibəni əsas gətirərək geri çağırıb.

Ürdün Kralı 2. Abdullah: Müsterih olun, ülkedeki fitne sona ermiştir | Euronews

Kraliça Rania soruşub ki, daha nə qədər insan bu müharibədə qurban getməlidir ki, bəşəriyyətin vicdanı oyansın.

“Onlar yalnız fələstinlilərdən üzrxahlıq eşitmək istəyirlər. Sizi bombalayırlar, ancaq bu, sizin günahınızdır. Siz ac qalırsız, bu, sizin günahınızdır. İşğal olunmuş ərazilərdə doğulmağa cəsarət etmisiz, bu sizin günahınızdır... Qəfil qar uçqununa bənzər insan iztirablarını izləmək adama əzab verir. Bu, dözülməzdir” - deyə, kraliça bildiib.