​“İsrailin HƏMAS-ı məhv etməsi mümkün deyil” – QƏTƏRİN BAŞ NAZİRİ

27/11/2023 - 13:10

Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl-Tani "Frankfurter Allgemeine Zeitung"a müsahibə verib.

Jurnalistin “İsrailin HƏMAS-ı məhv etmək planları” ilə bağlı sualına nazirin cavabı birmənalı olmayıb.

Onun fikrincə, yəhudi dövlətinin bu məqsədinə çatması mümkün deyil: “Onların (İsrailin) ​​HƏMAS-ı məhv etmək niyyətində olduqlarını deyəndə konkret olaraq nəyi nəzərdə tutduğunu anlamıram. Onu sadəcə məhv etmək olmaz. Yaraqlılarla razılaşsaq da, razılaşmasaq da, onlar Qəzzada və İordan çayının qərb sahilində yaşayan cəmiyyətin bir hissəsidir”.

Əl-Tani əlavə edib ki, tərəflərin əsirlərin mübadiləsi üçün hərbi əməliyyatları müvəqqəti dayandırmaq barədə razılaşması müsbət addımdır və bu razılaşma münaqişədən çıxış yolu tapmaq üçün əsas ola bilər.