“İsrailin sahibləri artıq...” – Hakan Fidandan sərt açıqlamalar + VİDEO

06/08/2024 - 12:24

Türkiyənin xarici işlər naziri Hakan Fidan misirli həmkarı Bədr Əbdüləti ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bir sıra açıqlamalar verib.

“AzPolitika” xəbər verir ki, Hakan Fidan HƏMAS liderinin Tehranda ölüdürülməsindən danışıb və İsraili sərt şəkildə tənqid edib.

H. Fidan İsrailin bu hücumlarını “böyük təhlükə” adlandırıb:“Netanyahu sülh istəmir. İsmayıl Haniyənin öldürülməsi də bunun göstəricisidir. İsrail atəşkəsin əsas müzakirəçisini öldürdü.İsrailin hücumları böyük təhlükədir. Biriləri Netanyahuya “dur” deməzsə, bütün dünya bunun əvəzini ağır ödəyəcək. Qərb üç meymun rolunu oynayır. Netanyahunun yeri konqres deyil, müttəhimlik kürsüsüdür”.

“İsrailin sahibləri artıq onun xaltasını əllərinə almalı, sahib çıxmalıdırlar. Regionuuz İsrailin bir daha təxribatlarına dözmək iqtidarında deyil. ABŞ-nin İsrailin etdiyi hər bir pisliyi ört-basdır etməyə çalışması qəbuledilməzdir. Qərb bu coğrafiyada bütün mənəvi üstünlüyünü itirib”,-deyə H. Fidan bildirib.

“AzPolitika.info”

 

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10