KİV: Moskvadakı terror aktını Rusiya Könüllülər Korpusu törədə bilər

23/03/2024 - 08:23

"Crocus City Hall" konsert kompleksində baş verən terror aktında Rusiya Könüllülər Korpusunun əli ola bilər.

APA xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

    Təhlükəsizlik qüvvələri “Piknik” qrupunun konsertində atəş açan şəxslərlə bağlı əməliyyat qərargahından məlumat almağa başlayıb.

    “Kommersant”ın mənbələrinə görə, terrorçular boyu 180 sm-ə qədər olan gənc slavyanlardır.

    Ola bilsin ki, saxta saqqal və bığlardan da istifadə ediblər.

    Hücum edənlər hərbi geyim, o cümlədən hündür çəkmələr geyiniblər.

    Eyni zamanda, bir gün əvvəl Rusiya Qvardiyasının xüsusi təyinatlıları RDK kamerası yaratmağı planlaşdıran yeddi Moskva sakinindən nasist simvolları olan bayraqları və bıçaqlı silahları müsadirə ediblər.

    Moskva "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Piknik qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ