TÜRK GENERALDAN ŞOK AÇIQLAMALAR - "Rəisi buna görə öldürüldü, hədəfdə..."
“Qəzzadakı vəhşiliklər, İran lideri İbrahim Rəisinin şübhəli şəkildə öldürülməsi və PKK-ya terror dövləti qurmaq üçün atılan addımların ortaq bir məqsədi var: İsraili sərhədimizə gətirmək”.
“AzPolitika” xəbər verir ki, bunu Türkiyənin təqaüddə olan briqada generalı Fahri Erenel “Türkiyə Gazetesi”nə açıqlamasında bildirib.
O, iyunun 11-də PKK terror təşkilatının Suriya qolu olan SDG-nin Fəratda keçirəcəyi qondarma seçkini PKK-nı silahlandırıb Suriyaya gətirən qüvvələrin son addımı kimi qiymətləndirib.
“Əsl plan İsraili Türkiyə sərhədlərinə daşımaqdır. Qlobal aktyorlar PKK-nı alət kimi istifadə edirlər. Bu metod “strateji çaşqınlıq” adlanır. Qərb imperialistləri regionda yaranmış xaos ab-havasını peyk dövlətlər qurmaq üçün bir fürsət kimi görürlər. Rəisinin Xudafərində verdiyi mesajlar, Türkiyənin bölgədəki terror əməliyyatları, İranın son dönəmlər enerji ticarəti təşəbbüsləri ilə bağlı verdiyi mesajlar əhəmiyyətli idi. İnkişaf Yolu Layihəsi, Suriyada artan “terroristan” təhlükəsi, Zəngəzur dəhlizi və Türk Dövlətləri Təşkilatının inkişafı, Aralıq dənizi hövzəsi ilə bağlı gedən proseslər tarixi hadisələr idi. Reallıq budur ki, Suriya və İraq parçalanıb. Məlumdur ki, növbəti hədəf İran və Türkiyədir. Mərkəzində İsrailin dayandığı bu bölgənin yenidən dizayn layihəsi çərçivəsində İraq, İran və Suriyada yaxın gələcəkdə təəccüblü proseslər gedəcək. Aydındır ki, yeni dövlətlərin əsasları qoyulur”,-deyə o bildirib.
General Türkiyə lideri Ərdoğanın “İsrail dayandırılmazsa Anadoluya göz dikəcək” sözlərini sitat gətirib və təhlükənin yaxınlaşdığı ilə bağlı xəbərdarlıq edib:“Artıq keçilməmiş qırmızı xətt qalmayıb. DAEŞ-dən istifadə edilib, atılıb. İndi onlar PKK-dan istifadə edərək, İsrailin bizim sərhədlərimizə gəlməsini təmin edirlər. İşğalçı İsrail rejimi bizə yaxınlaşmaq, qonşumuz olmaq niyyətindədir. 11 iyun seçkiləri Böyük Yaxın Şərq Layihəsindən fərqlənmir. Rəisi və xarici işlər nazirinin son təşəbbüslərimizi tərifləyən mesajlarına baxanda onların öldürülmə ehtimalının çox yüksək olduğunu görürəm. Çünki Qərb parçalanmış İran istəyir və onlar bu məqsədlərindən əl çəkməyəcəklər”.
“Təbii ki, 70 faizini ərəblərin təşkil etdiyi və ən mühüm neft, su və əkinçilik sahələrinin olduğu Suriyanın şimal ərazisində “terror” dövləti qurmaq planlanır. Həmçinin bölgədə buna bənzər peyk dövlətlər də yaratmaq istəyirlər. Bu dövlətlərin hamısı İsraillə qardaşlıq xüsusiyyətinə sahib olacaq. Onlar müxtəlif strukturlar yaradaraq bir növ mühafizə strategiyası ilə hərəkət edəcəklər. Türkiyə bu seçki oyununu pozmalıdır”,-deyə general əlavə eidb.
“AzPolitika.info”
Bizim Telegram kanalımıza abunə olun
РЕКЛАМА
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.
Ölkə
“MAŞIN BAZARI”NIN TƏMİRİ SAHİBKARLARIN BAŞINDA “ÇATLAYIR” – Salmanovun “eksperimenti”... + FOTOLAR
Son yazılar
17:12 Şagird yerdəyişməsi müvəqqəti dayandırılıb
17:01 Nazim Quliyev yenidən həbsdə - 2 nəfərə qarşı dələduzluqda ittiham olunur
16:59 Belqorodda rus ordusunun S- 300 və S-400 sistemləri vurulub - VİDEO
16:52 "Bakı ilə sülh sazişinin tezliklə imzalanmasına çalışırıq" - Ermənistanın baş nazirinin ofisi
16:36 Azərbaycanda daha bir zavod satışa çıxarıldı - MƏBLƏĞ
16:33 Gürcüstanda etirazlara səbəb olan qanun qüvvəyə mindi
16:29 Mərkəzi Bankın valyuta ehtiyatları 12 mlrd. dollara yaxınlaşır
16:27 SOCAR-ın İstanbul ofisinə hücuma görə 13 nəfər saxlanıldı
16:20 İran parlamentinin sədri prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib
16:18 “Putin Si ilə razılaşa bilməyib” - Çin Rusiya qazını “su qiymətinə” almaq istəyir
15:59 “Bu, ölümcül nəticələrə səbəb olacaq” - Nazir müavini NATO ölkələrini hədələdi
15:54 AEBA baş direktoru İranla müharibə variantını dəstəkləməyəcək
15:43 Hərbçilərin gözlədiyi xəbər... - Pensiyaları nə qədər artacaq?
15:38 Mərkəzi Bankın valyuta ehtiyatları son bir ildə 2,5 mlrd. dollardan çox artıb
15:21 Ceyhun Bayramov Lui Bononu Ermənistanla sülh danışıqları barədə məlumatlandırıb
15:20 BÜTÜN TAPŞIRIQLARI ARİF RƏHİMOVDAN ALDIĞINI ETİRAF ETDİ - Məhkəmə + FOTO
15:16 Ukrayna ordusu Rusiyanın ən müasir radiolokasiya qurğusunu sıradan çıxarıb
15:15 Kim Çen In Azərbaycan Prezidentini təbrik edib
15:06 “GƏLƏCƏYİMİZİ İTİRİRİK...” - Yavlinskidən yeni çağırış
14:53 Azərbaycanda məqsədli nikahla bağlı yeni qanun layihəsi hazırlanır
14:35 Saxta əlillik dərəcəsi təyin edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
14:17 Pakistan həbsxanalarından 12 əfqan məhbus azad edilib
14:15 Çingiz Qənizadəyə ağır itki üz verdi
14:11 Bu əcnəbilərin Azərbaycan vətəndaşı ilə nikaha daxil olması qadağan edilir
14:02 "SOS" MMC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - VİDEO+FOTOLAR
13:59 "Ermənistan KTMT-nin tamhüquqlu üzvü olmaqda davam edir" - Baş katib
13:46 Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının vaxtı açıqlanıb
13:35 Qazaxıstan “Taliban”ı terrorçu təşkilatlar siyahısından çıxarıb
13:34 Səhiyyə Nazirliyinə yeni səlahiyyətlər verildi
13:13 DAHA İKİ VƏZİFƏLİ ŞƏXS HƏBS OLUNDU - Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə ilə bağlı
13:09 İrəvanda etirazçılar özlərini zəncirlə bağlayıb
Новости
Обзор на EPOS GTW 270 Hybrid
Они доступны только...
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet
Лучший Chromebook 2021...