Kobaxidze: Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər

18/09/2024 - 07:25

ABŞ Gürcüstan vətəndaşlarına sanksiyalar tətbiq edərək kritik həddə daha da yaxınlaşıb. APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-nin bu ölkədəki səfiri Robin Danniqanla görüşü zamanı belə deyib. Hökumət başçısı, ABŞ tərəfindən daha bir oxşar qərarın qəbul edilməsinin Gürcüstanın ABŞ ilə münasibətlərini nəzərdən keçirməsi ilə nəticələnə biləcəyini vurğulayıb. “Bu qərarla Amerika tərəfi kritik həddə daha da yaxınlaşıb və bu cür başqa bir qərar qəbul edilərsə Gürcüstan-ABŞ əlaqələrinə dair Gürcüstanın mövqeyi bir daha nəzərdən keçirilə bilər”, - Kobaxidze deyib. İrakli Kobaxidze səfirin diqqətinə çatdırıb ki, ABŞ Dövlət Departamentinin qəbul etdiyi qərarın məqsədi qarşıdan gələn seçkilərdə müxalifətin imkanlarını yaxşılaşdırmaqdır, lakin bu tamamilə qeyri-məhsuldardır: “Reallıqda bu sanksiyalar nə müxalifətin seçki nəticələrinə təsir edə, nə də hakim partiyanı qorxuda biləcək”, - Baş nazir deyib. Görüşə dair məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30