Millimiz Macarıstanla bərabərə qaldı

06/04/2024 - 07:20

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda ilk oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, millimiz Macarıstanın Szeged şəhərindəki “Szent Gellert Forum” stadionunda Macarıstan yığması ilə qarşılaşıb.

Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın bərabərlik qolunu 74-cü dəqiqədə Sevinc Cəfərzadə vurub.

Qeyd edək ki, Azərbaycan milli komandası turnirdə növbəti oyununu aprelin 9-da, saat 16:00-da “Dalğa Arena”da İsveçrə yığmasına qarşı keçirəcək.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55