Moldovanın Qazaxıstanda səfirliyi fəaliyyətə başlayacaq

28/08/2024 - 12:04

Moldovanın Qazaxıstanda səfirliyi yaxın vaxtlarda fəaliyyətə başlayacaq. APA-nın “nokta.md” portalına istinadən xəbərinə görə, bunu Moldovanın xarici işlər naziri Mixay Popşoy açıqlayıb. O bildirib ki, bu, ölkəsinin regionda son 20 il ərzində fəaliyyətə başlayan ilk diplomatik nümayəndəliyi olacaq. Rəsmi Kişineu bununla Mərkəzi Asiya regionundakı dövlətlərlə əlaqələri gücləndirməyi, eləcə də Qazaxıstandakı Moldova diasporunun işini aktivləşdirməyi də hədəfləyir. Nazirin sözlərinə görə, məsələ hökumətin bugünkü iclasında müzakirəyə çıxarılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30