Ən çox maaşı bu rayonlarda yaşayanlar alır
2024-cü il iyul ayının 1-i vəziyyətinə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 268,7 manat təşkil edib.
Publika.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,8 % və ya 91,4 manat çoxdur. Ötən ilin yanvar-iyun aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 177,3 manat təşkil edib.
Bəs bölgələrdə ən yüksək orta aylıq nominal əməkhaqqı haradadır?
2024-cü il iyul ayının 1-i vəziyyətinə bölgələrdə ən yüksək orta aylıq nominal əməkhaqqı Xankəndi şəhərində olub. Xankəndidə orta aylıq nominal əməkhaqqının miqdarı 1 309 manat olub.
Ən çox orta aylıq nominal əməkhaqqı olan rayonların siyahısını təqdim edirik: