”Nə pul, nə bir milyard?” – Yaqub Eyyubov
17/01/2023 - 16:40
Baş nazirin birinci müavini Yaqub Eyyubov Latviya banklarının birində oğluna məxsus 1 milyard dollar vəsaitin dondurulması ilə bağlı mediada yayılan xəbərlərə, belə demək mümkünsə, münasibət bildirib.
O, “Gününsəsi.info”-nun əməkdaşının mövzu ilə bağlı sualına ”Nə pul, nə bir milyard?… Kim deyir bunu?”, deyə, əsəbi reaksiya verərək telefonun dəstəyini asıb.