Naxçıvana maliyyə naziri təyin edilib
16/07/2024 - 13:33
Həsən İsmayılov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilib. "Report" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb. O, 2019-cu ildə maliyyə nazirinin müavini təyin olunub, 2023-cü ildən nazir vəzifəsini müvəqqəti icra edib.