Naxçıvanda qohumunu öldürməkdə təqsirləndirilən şəxsin işi məhkəməyə göndərilib

21/10/2024 - 19:25

Naxçıvanda həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. Naxçıvan Muxtar Respublikası Prokurorluğundan APA-ya verilən məlumata görə, bu il iyunun 29-da Naxçıvan şəhər Tumbul kənd sakini 1993-cü il təvəllüdlü Rahib Abdullayevin öldürülməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. İbtidai istintaqla 1974-cü il təvəllüdlü Kərim Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qohumu və həmkəndlisi Rahib Abdullayevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Kərim Hüseynova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən şəhər prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03
Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00