Nazir Binəqədi və Yasamalın rəislərini dəyişdi - Yeni təyinatlar

17/08/2024 - 07:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib. Qaynarinfo-nun məlumatına görə, FHN-nin daxili xidmət polkovnik-leytenantı Bəradə Heydərov sözügedən qurumun rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovniki Nəsirov Rəşad Tağı oğlu da vəzifəsindən azad olunub və Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin rəisi təyin edilib. FHN-nin daxili xidmət mayoru Aqil Ağayev isə Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə gətirilib. Nazir general-polkovnik Kəmaləddin Heydərovun yeni təyinatlarla bağlı müvafiq əmr imzalayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42
Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10