Nebenzya: “Qərb kosmosa istənilən növ silah yerləşdirmək istəyir”

21/05/2024 - 03:13

Bir sıra ölkələrin BMT Təhlükəsizlik Şurasında kosmosda silahlanma yarışının qarşısının alınması ilə bağlı Rusiyanın təklif etdiyi qətnaməni dəstəkləməkdən imtina etməsi onların orada istənilən silahı yerləşdirmək azadlığını saxlamaq istəyi ilə bağlıdır.

APA xəbər verir ki, belə bir bəyanatla ilə Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzya çıxış edib.

    “Bu gün layihəmizin dəstəkləməməsinin səbəbi bayağı və sadədir: siz sadəcə olaraq kosmosdan hərbi məqsədlər üçün istifadə etmək və orada istənilən növ silah yerləşdirmək üçün özünüzə sərbəstlik vermək istəyirsiniz”, - deyə Nebenzya vurğulayıb.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ