Oğuzda maşın aşıb, xəsarət alan var

09/06/2024 - 05:59

Oğuzda minik avtomobili aşıb, xəsarət alan var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə iyunun 8-i axşam saat 23 radələrində rayonun Xalxal kəndində baş verib.

    2001-ci il təvəllüdlü Ağdaş rayon sakini Məhəmməd Tahir oğlu Məmmədzadənin idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq aşıb.

    Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarəti alan M. Məmmədzadə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

     

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ