Ombudsman prezidentə Saakaşvilinin vəziyyəti barədə məlumat verib

30/11/2022 - 22:57

Gürcüstanın Ombudsmanı Nino Lomjaria Gürcüstan prezidentinə Mixail Saakaşvilinin səhhəti barədə məlumat verib.

Qafqaz.media xəbər verir ki, Lomjariya bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Salome Zurabişvili görüşdə deyib ki, bu işlə ekspert təşkilatı ilə daimi əlaqədə olan Prezident Administrasiyasının nümayəndələri məşğul olur.

“Mən Salome Zurabişviliyə təəssüratlarım və “Vivamed” kilinikasında aldığım məlumatlar barədə məlumat verdim. O, mənə dedi ki, onun nümayəndələri ekspertlər təşkilatı, xanım Maki Cişkarianinin təşkilatı ilə əlaqə saxlayır, onlar məsələdən xəbərdardırlar və prosesi izləyirlər”, - Lomjaria bildirib.

Ombudsman onu da bölüşüb ki, həkimlərin fikrincə, eks-prezidentin dinamikasında heç bir irəliləyiş yoxdur.

“İki gün əvvəl ona baş çəkdim, həkim deyiləm və konkret diaqnoz qoya bilmirəm, amma şəxsən xəstəni çox ağır, təsəvvür edə bilməyəcəyim vəziyyətdə gördüm. Hər şeyi öz gözlərimlə görməsəydim vəziyyətin bu qədər ciddi olacağını düşünməzdim. Həkimlər özləri də etiraf edirlər ki, onun dinamikasında nevroloji və ya digər istiqamətdə heç bir irəliləyiş yoxdur. Yorulmuşdu, hərəkət edə, yeriyə bilmir, çətinliklə danışır, gücü yoxdur, qızdırması var. Diaqnozun nə olduğunu bilmirəm, amma gördüyüm adamın vəziyyəti ağırdır”, - deyə Nino Lomjaria bildirib.

Qafqaz.media