Orban: Qərb ölkələri sərvətini əldə etmək üçün Rusiyanı Ukrayna münaqişəsində hərbi yolla məğlub etmək istəyirlər
Qərb dövlətləri 1990-cı illərdə etdiyi kimi Rusiyanı Ukrayna münaqişəsində sərvətini əldə etmək üçün hərbi yolla məğlub etmək istəyirlər.
APA xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Hír TV”yə müsahibəsində bildirib.
“Müharibə yolunda olan Qərb liderləri Rusiyanı hərbi yolla məğlub etmək istəyirlər. Onların parlaq planı tamamilə sadədir, söhbət təsir və güc verən puldan gedir. 1990-cı illərdə Rusiya avropalıları qucaq açaraq qarşıladı və onlar Rusiya iqtisadiyyatına maneəsiz daxil oldular. Sonra Qərb Rusiya və Ukraynanı istismar etməyə çalışdı, lakin ruslar sonda hər şeyi öz əllərinə ala bildilər”, - Orban vurğulayıb.