Ötən ay aşkarlanan minaların sayı

01/08/2024 - 14:45

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb. ANAMA-dan Modern.az-a verilən məlumata görə, azad olunan ərazilərdə iyul ayı ərzində 290 tank əleyhinə mina, 359 piyada əleyhinə mina, 3079 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin, 6905.4 hektar ərazi minalardan təmizlənib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ