Pezeşkian: Qərb ölkələri İsrailə dəstəyi dayandırmalıdır

08/08/2024 - 06:56

İran prezidenti Məsud Pezeşkian Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı regionda təhlükəsizliyi təmin etmək üçün Qərb ölkələrinin İsrailə dəstəyinin dayandırılmalı olduğunu deyib. APA xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İran prezidenti Məsud Pezeşkiyan və Fransa prezidenti Emmanuel Makron telefonda regional məsələləri müzakirə ediblər. "Qərb ölkələri bölgədəki təhlükəsizlik probleminin qarşısını almaq istəyirlərsə, dərhal İsrailə dəstəyi dayandırmalıdırlar", - deyə Pezeşkian danışıq zamanı bildirib. İranın xarici işlər nazirinin müavini Əli Baqiri də İranın İsrailin təcavüzünün qarşısını almaq üçün qanuni müdafiə hüququndan istifadə edəcəyini bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10