"Politico": Ən yaxın müşavirlərindən yalnız ikisi Baydeni yarışı tərk etməyə inandıra bildi

22/07/2024 - 09:11

ABŞ prezidenti Co Bayden yalnız iki ən yaxın müşaviri onu yenidən seçilmək şansının olmadığına inandırdıqdan sonra seçki yarışından geri çəkilmək qərarına gəlib. APA xəbər verir ki, bu barədə “Politico” qəzeti öz mənbələrə istinadən məlumat yayıb. Qəzetin yazdığına görə, söhbət Mayk Donilon və Stiv Rikettidən gedir. Qəzetin yazdığına görə həftə sonu Baydenlə Rehobos Biçdəki iqamətgahında yalnız onun iki yaxın müşavirinin; Mayk Donilon və Stiv Rikettinin görüşü olub. Onlar Baydenin diqqətinə onun yenidən seçilə bilməsi ilə bağlı partiyadaşlarının narahatlığını çatdırıb, seçki kampaniyasına ianələrin azalması barədə məlumat verib, həmçinin ictimai rəy sorğusunun nəticələrini təqdim ediblər. Belə ki, onun noyabrda keçiriləcək seçkilərdə qalib gəlmək şansının olmadığını ona deyiblər. Nəşrin mənbələrinə görə, məhz bu görüş ABŞ prezidentinin siyasi karyerasının sonunu yaxınlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10