Putinin Gerasimova verdiyi tapşırıqlar üzə çıxdı... - BAHARA QƏDƏR BU ƏRAZİLƏR ƏLƏ KEÇİRİLMƏLİDİR...

18/01/2023 - 08:48

Rusiya Prezidenti Vladimir Putin RF SQ Ukraynadakı yeni komandanı Valeri Gerasimova Donetsk və Luqansk vilayətlərini mart ayına qədər ələ keçirməyi tapşırıb.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş kəşfiyyat idarəsinin mətbuat xidmətinin nümayəndəsi Andrey Yusov FREEDOM-un efirindən bəyan edib («UNİAN»).

Onun sözlərinə görə, Putin cəbhədə gerçəkdən cərəyan edən proseslərə fikir vermir. Rusiya Prezidenti ukraynalıları ayrıca xalq və millət olaraq, Ukraynanı isə müstəqil dövlət kimi məhv etməyə can atır.

«Biz, raşistlər üçün prioritet istiqamətləri sadalaya bilərik - bu, Donbassdır. Və növbəti terminlər, hansı ki, artıq Gerasimov üçün prioitet təşkil edir, deyək ki, Ukraynaya qarşı müharibənin yeni rəhbəri kimi - bu, Donbassın ələ keçirilməsi məqsədi və müəyyən təhlükəsizlik zonasının formalaşdırılmasıdır, artıq marta qədər» - BKİ nümayəndəsi qeyd edib.

O, xatırladıb ki, işğal hakimiyyəti qarşısında artıq dəfələrlə qarşıya qoyulmuş tapşırıqların müddəti dəyişib. Xüsusilə, onlar «Kiyevi üç günə» götürmək istəyiblər. Yusov qeyd edib ki, kafirlərdə bu dəfə də heç nə alınmayacaq. Kəşfiyyatın məlumatı var ki, Rusiya işğalçı ordusu Zaporojye istiqamətində hücuma hazırlıq əlamətləri göstərir.

«Bəli, şübhəsiz, belə məlumatlar var. Bu, düşmən tərəfdən hücum fəaliyyətinə birbaşa hazırlığı göstərir, həm də müəyyən aldadıcı fəaliyyətə işarə ola bilər - belə deyək ki, özünün gerçək niyyətini yayındırmaq üçün. Bütün məlumatlar və uyğun nəticələr izlənir və tədbir Ukrayna qüvvələri tərəfindən həyata keçirilir» - Yusov fikrini tamamlayıb.