Putinin hamıdan gizlətdiyi qaranlıq sirri üzə çıxdı: bu ölkədə saxlanır - FOTOLAR

02/12/2024 - 11:26

Rusiya prezidenti Vladimir Putinin gizli keçmişindən yeni sirr üzə çıxıb. Publika.az xəbər verir ki, Putinin qızı olduğu güman edilən 21 yaşlı Yelizaveta Krivonoqix Ukrayna müharibəsi başlayandan Parisdə saxta şəxsiyyət vəsiqəsi ilə yaşayır və DJ kimi fəaliyyət göstərir. Yelizaveta Luiza Rozova və Yelizaveta Olegovna Rudnova adları ilə Fransada yaşayıb. Özünü Putinin keçmiş dostu Oleq Rudnovun qohumu kimi təqdim etməsi onun saxta kimliyini daha da inandırıcı edir.

 

Yelizavetanın doğum şəhadətnaməsində atasının adı yoxdur. Ancaq Vladimirovna ifadəsi Vladimirin qızı deməkdir. Eynilə, saxta şəxsiyyət vəsiqələrindəki Oleqovna adı Oleq Rudnova işarə edir. Bu adların mənaları Yelizavetanın nəslinin sirli köklərinə işıq salır və gizli həyatın izlərini açır.

Anası Svetlana Krivonoqixin hekayəsi də qızı kimi sirlidir. Bir vaxtlar təmizlikçi olan bu qadın indi Rusiyanın ən varlı adamlarından biridir. Bank səhmləri və striptiz klubu ilə varlanan Svetlananın yüksəlişi Putinlə münasibətlərinin qaranlıq kölgəsində baş verib. Bu sərvətin necə əldə edildiyi Kremlin səssiz dəhlizlərində gizlənməkdə davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ