Qadın direktor istefa verdi: Hədələrdən sonra

23/09/2024 - 16:23

"Roma"nın baş direktoru Lina Suluku vəzifəsini tərk edib. Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Biz Linaya klub üçün kritik bir zamanda göstərdiyi fədakar iş üçün təşəkkür edirik", - deyə paytaxt təmsilçisi bildirib. Sentyabrın 18-də romalılar Daniele De Rossini baş məşqçi postundan uzaqlaşdırıblar. İtaliya mətbuatının yazdığına görə, azarkeşlər bu qərara mənfi reaksiya veriblər və Suluk hətta təhdidlər almağa başlayıb. Bu səbəbdən onun təhlükəsizliyinin artırılmasına ehtiyac yaranıb. Qeyd edək ki, "Roma"nın 5 turdan sonra 6 xalı var və A Seriyasının turnir cədvəlində 10-cu yerdədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30