Qadın sərnişinə qarşı əxlaqsız hərəkətlər edən taksi sürücüsü saxlanıldı

10/06/2024 - 05:08

Sosial şəbəkələrdə taksi sürücüsünün qadın sərnişin avtomobildə olan zaman əxlaqsız hərəkət etməsini əks etdirən görüntülər yayılıb.

DİN Mətbuat Xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı sürücünün 1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən olunaraq Bakı şəhərində saxlanılıb.

    Araşdırmanın nəticəsindən asılı olaraq onun barəsində toplanmış materiallar məhkəməyə göndəriləcək.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ