Qazaxıstan Rusiyaya məxsus yük maşınlarını sərhəddə gözlətməyə başlayıb

06/07/2024 - 07:31

İyulun 1-dən Qazaxıstan gömrükçüləri Avropa İttifaqı şirkətlərinin yarımqoşqularında Avropa malları ilə ölkəyə yük daşıyan Rusiya Federasiyasına aid yük maşınlarını sərhəddə gözlətməyə başlayıb. APA RBC-yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ASMAP) Nəqliyyat Nazirliyinə müraciətində deyilir. Rusiya daşıyıcılarından yeni məhdudiyyətlərin tətbiqi ilə əlaqədar Qazaxıstan ərazisində nəqliyyat vasitələrinin saxlanılması ilə bağlı müraciətlər aldıqlarını deyən assosiasiya, yarımqoşquların hətta boşaldılandan sonra da təyinat üzrə Qazaxıstan gömrük orqanlarında saxlanıldığını qeyd edib.

Rəsmi mənbələrdən isə məsələ ilə bağlı hələ ki, heç bir məlumat verilməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10