Qəbələdə selin təsirindən içərisində 2 nəfər olan avtomobil çaya düşərək batıb - VİDEO

12/06/2024 - 09:56

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Laza kəndi ərazisində intensiv yağıntılar səbəbindən yaranan selin təsirindən içərisində 2 nəfərin olduğu minik avtomobilinin çaya düşərək batıb qalması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.

    Xilasedicilər tərəfindən operativ olaraq həyata keçirilən qəza-xilasetmə əməliyyatı nəticəsində çayda batmış “VAZ-2106” markalı minik avtomobilinin təhlükəsiz əraziyə çıxarılması təmin edilib.

     

    Qəbələdə selin təsirindən içərisində 2 nəfər olan avtomobil çaya düşərək batıb - VİDEO

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ