Qəhrəman döyüşçünün 70 illik yubileyi qeyd edildi - PREZİDENTƏ MÜRACİƏT OLUNDU
Bu gün Bakı şəhərində Atatürk Mərkəzində, Azərbaycanın Qəhrəman oğlu Varis Məcidovun 70 illik yubileyi ilə əlaqədar, Məzunlar Birliyinin təşkilatçılıgı ilə konfrans keçirilmişdir.
Qafqaz.media xəbər verir ki, konfransda Məzunlar Birliyinin üzvüləri ilə bərabər bir sıra görkəmli ziyalılar, Varis Məcidovun ailə üzvüləri, Varis Məcidovun xilas etdiyi insanlar, yazıçılar, alimlər iştirak etmişlər. Konfransı Məzunlar Birliyinin İdarə Heyyətinin üzvü, Respublikanın Əməkdar müəllimi Adila Xəlilova açaraq, məruzəçi Məzunlar Birliyinin həmsədri Vahid Orucova söz verdi. Sonra isə çıxışlar oldu. Sonda konfrans iştirakçıları Varis Məcidovun təltifi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edildi.
Bir qəhrəman düşünün: 36 yaşı var, Rusiyada polis kapitanıdır, 20 Yanvar hadisələrində həbs olunan və Ulyanovsk şəhər həbsxanasına aparılan 46 nəfər qəhrəmanı himayəyə götürür, şəxsi nüfuzu ilə "siyasi" məhbusların hər birinə yüksək təəssübkeşlik, hörmət, diqqət, qayğı göstərir və imperiyanın cəza burulğanından xilas edir. Bu qəhrəman Varis Məcidovdur.
Milli qeyrət, millət təəssübkeşliyi kimi dəyərləri özündə birləşdirən bu BÖYÜK QƏHRƏMAN artıq bir çox ürəklərdə MİLLİ QƏHRƏMANdır.
Qafqaz.media