Qoyun otarmağa gedən kişinin meyiti tapıldı

05/06/2024 - 08:18

Oğuz rayonunda qoyun otarmağa gedən kişinin meyiti tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün rayonun Sincan kəndi ərazisində baş verib.

Belə ki, həmin kənd sakini 1973-cü il təvəllüdlü Anar Məmmədyarov səhər saatlarında qoyunları otarmaq üçün meşəlik əraziyə gedib. Axşam saatlarında qoyunların çobansız qayıtdığını görən kənd sakinləri A.Məmmədyarovu axtarmağa başlayıblar.

Nəticədə 51 yaşlı kişinin meyitini tapıblar.

Faktla bağlı araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ