Ərdoğan Şuşa şəhərində keçiriləcək zirvə toplantısında iştirak edəcək

01/07/2024 - 10:34

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iyul ayında bir sıra ölkələrə səfər edəcəyi gözlənilir.APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə preizidentinin iyul ayı üzrə səfərlərinin siyahısı açıqlanıb.Belə ki, Ərdoğan 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçılarının zirvə toplantısında iştirak edəcək. Bundan sonra o iyulun 6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak edəcək. Qeyd edək ki, Ərdoğan 9-11 iyul tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək NATO liderlərinin zirvə görüşündə də iştirak edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12
Türkiyədə ZƏLZƏLƏ
03/08/2024 - 17:09