Ərdoğanın İsrail hədəsi bu ölkəni QORXUYA SALD

29/07/2024 - 16:53

 

Niderland Azadlıq Partiyasının (PVV) lideri Gert Vilders Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə “girməyə” hazır olduğunu deməsindən sonra Türkiyəni Şimali Atlantika Alyansından xaric etməyə çağırıb. Publika.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində yazan Gert deyib ki, “Ərdoğan İsraili işğal etməklə hədələyir. Bu adam tamamilə dəlidir. Türkiyəni NATO-dan çıxarmaq lazımdır. "Regnum" yazır ki, iyulun 28-də Ərdoğan bildirib ki, Türkiyə əvvəllər Dağlıq Qarabağ və Liviyaya girdiyi kimi İsrailə də daxil ola bilər. Bundan əlavə, Türkiyə lideri ölkənin müdafiə sənayesinin uğurlarını qeyd edib, lakin özünü aldatmamağa çağırıb, çünki uğurlar daha böyük olsaydı, İsrail “Fələstinə etdiklərini” etməyə cəsarət etməzdi. Bununla da Ərdoğan Türkiyənin Fələstinə hər vasitə ilə dəstək verməyə hazır olduğunu bir daha təsdiqləyib. Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu iyulun 24-də ABŞ Senatı və Nümayəndələr Palatasının birgə iclasında çıxış edib. Netanyahu çıxışı zamanı bildirib ki, İsrail Qəzzada Həmas üzərində tam qələbə, həmçinin Fələstinin “demilitarizasiyası” və “deradikallaşdırılması” üçün səylərini davam etdirəcək. Bundan əlavə, Netanyahu Amerika Birləşmiş Ştatlarının İrandan qaynaqlandığı iddia edilən təhlükəyə qarşı çıxmaq üçün Yaxın Şərqdə NATO-ya bənzər hərbi ittifaq yaratmağı təklif edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12
Türkiyədə ZƏLZƏLƏ
03/08/2024 - 17:09