Rus milyarder iki “Maybach” alır – BİRİNİ SÖKÜB “ZAPÇAST” EDƏCƏK…

15/12/2022 - 15:19

“Rus milyarder iki “Maybach” alıb, onlardan birini Qərbin sanksiyaları səbəbindən Rusiyada ehtiyat hissələri satılmadığı üçün sökməyi planlaşdırır”.

Qafqaz.media xəbər verir ki, bu barədə adı açıqlanmayan rusiyalı milyarder “Financial Times” qəzetinə deyib.

Milyarderin sözlərinə görə, o, əvvəlcə “Mercedes”in başqa modelini almağa hazırlaşırmış, lakin ala bilməyib və iki “Maybach” almaq qərarına gəlib.

"Bir maşına nəsə olarsa, lazımi hissələr və ehtiyat hissələri digərindən çıxarıla bilər", - rusiyalı iş adamı izah edib.

Qafqaz.media