RUSİYA “DƏRİN DÖVLƏTİ” İLƏ ANLAŞIB, ALMANİYADA ÇEVRİLİŞ ETMƏK İSTƏDİLƏR… - Rotşildlərə və Masonlara qarşı şok plan...

08/12/2022 - 10:24

Xəbər verdiyimiz kimi, Almaniyada dövlət çevrilişi etmək niyyətində olan qüvvələrə qarşı misli görünməmiş əməliyyat keçirilib. Belə ki, 3 min nəfər polis və təhlükəsizlik qüvvələri əməkdaşının iştirakı ilə Almaniyanın bütün ərazisində, on bir federal ştatda 130 obyektdə axtarışlar və həbslər həyata keçirilib. Həmçinin, Avstriyanın Kitzbühel şəhərində və İtaliyanın Perugia şəhərlərində də əməliyyat keçirilib. Axtarışların aparıldığı obyektlər arasında Baden-Vürtemberq vilayətinin Kalv şəhərində KSK ordusunun xüsusi təyinatlılarının kazarmaları da olub.

Rəsmi məlumatlara əsasən, dövlət çevrilişi cəhdində ümumilikdə 52 şübhəlinin adı çəkilsə də, onlardan 25 nəfər saxlanılıb.

Almaniyada dövlət çevrilişi: ölkə tarixinin ən böyük əməliyyatı keçirilir

Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, çevirlişi həyata keçirməyə cəhd edən qruplaşmanın siyasi lideri alman aristokrat nəslinin davamçısı, 71 yaşlı Reus şahzadəsi III Henrix hesab olunur. Onun əcdadları Türingiyada 800 ildən çox hökmranlıq ediblər və şahzadə hesab edir ki, köhnə ailə imtiyazlarının itirilməsinə Rotşildlərin və Masonların sui-qəsdi səbəb olub.

 

Reus şahzadəsi III Henrix

Qruplaşma üzvlərinin istəyi AFR-nin hüquqi əsaslarını inkar edən və özlərini 1871-ci ildən mövcud olan Almaniya dövlətinin - Reyxin vətəndaşı hesab edən qondarma "reyxsburqçuların" fikirlərini inkişaf etdirməkdir. Hansı ki, "reyxsburqçuların" da məqsədi Almaniyanı öz “həqiqi statusuna” qaytarmaq idi.

Alman mənbələri iddia edir ki, çevrişçilər öz işlərində Kremldən dəstək almağa cəhd ediblər. Bu məqsədlə həm Reus şahzadəsi III Henrix, həm də vasitəçilik funksiyaları həvalə edilmiş rus qadını B.Vitalina Rusiya “dərin dövləti”nin nümayəndələri və dövlət rəsmiləri ilə görüşüblər. Hələlik Moskvanın çevrilişə dəstək verdiyinə dair heç bir sübut yoxdur, lakin Rusiyanın Avropadakı ekstremist qruplara dəstəyi çoxdan məlumdur.

Almaniyada çevriliş cəhdi -Aralarında Rusiya vətəndaşı olan

Bütün bu halları, eləcə də Ukraynadakı müharibə ilə bağlı Rusiya-Almaniya qarşıdurmasının daha da dərinləşdiyini nəzərə alsaq, Almaniya rəhbərliyinin və xüsusi xidmət orqanlarının narahatlığını başa düşmək olar. Doğrudur, məlum qruplaşmanın çevriliş planını həyata keçirməsinə zərrə qədər də şans yox idi, amma onlar Rusiya kəşfiyyatının dəstəyi ilə ölkədə qan tökülməsinə səbəb ola bilərdilər. Görünür, Putinin də marağı bu yollarla Almaniyaya “diş qıcamaq” olub, əlbəttə, Rusiyanın çevrilişçilərə hər hansı dəstəyi olubsa.

Qafqaz.media