Rusiya səfiri Ermənistan-Rusiya münasibətləri haqqında: “Problemlər var, amma həll olunur”

25/11/2022 - 19:46

“Təbii ki, mən qərəzli adamam, çünki bu, mənim işimdir. Lakin fikrimcə, Ermənistan-Rusiya münasibətlərinin nəinki qorunub saxlanması, həm də möhkəmlənməsi, dünyadakı yeni reallıqlara uyğunlaşması üçün çox işlər görülür”.

Qafqaz.media erməni mediasına istinadən xəbər verir ki, bu barədə noyabrın 25-də jurnalistlərə açıqlamasında Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin danışıb.

Erməni jurnalistlər diplomatdan Ermənistan-Rusiya ikitərəfli münasibətlərinin mövcud səviyyəsini saxlamaq üçün kifayət qədər iş görülüb-görülmədiyini xəbər alıblar. Səfir cavabında “bunun çox böyük səylər tələb edən son dərəcə mürəkkəb proses olduğunu” deyib.

 “İnanın mənə bu, çox çətindir. Hər iki tərəfdən çox səbir, əzm və iradə tələb olunur. Məncə, bütün bu keyfiyyətləri göstərmək olar. Təbii ki, problemlər var. Amma ümumilikdə hesab edirəm ki, əlaqələrimizin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişafı istiqamətində işlər layiqli səviyyədə aparılır”, - deyə Kopirkin bildirib.