Rusiyada ciddi miqrant işçi çatışmazlığı yaranıb

08/10/2024 - 09:03

Miqrant əməyindən istifadə edən Rusiya şirkətlərinin yarıdan çoxu kifayət qədər sayda əcnəbi işçi tapa bilmir“Report” xəbər verir ki, bu barədə “Kommersant” qəzeti hh.ru və Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) sorğularına istinadən məlumat yayıb. Sorğuda iştirak edən şirkətlərin 53%-i xaricdən cəlb edilmiş əmək resurslarının çatışmazlığını yaşayır, 46%-i miqrantların işə götürülməsinin cari həcmindən bu və ya digər dərəcədə razıdır. Məqalədə deyilir ki, Rusiya şirkətlərinin yarıdan çoxunun əsas problemi lazımi mütəxəssislərin olmamasıdır. Şirkətlər işə müraciət edənlərin rus dili imtahanından keçə bilməməsindən şikayətlənirlər. Bundan əlavə, hakimiyyət xarici işçilərin istifadəsinə məhdudiyyətlər, bəzi hallarda isə tam qadağa qoyub. Ötən il Rusiyanın əmək bazarında xarici əmək miqrantlarının sayı təxminən 3,5 milyon nəfər təşkil edib ki, bu da 2019-cu illə müqayisədə təxminən 1 milyon nəfər azdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30