Rusiyalı alpinistlər Kazbek dağında həlak olublar

08/10/2024 - 13:31

Kazbek dağında iki alpinist həlak olub. APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan DİN yayıb. Bildirilib ki, insident şənbə günü baş verib. Həlak olan alpinistlərin Rusiya vətəndaşları olduğu bildirilib. Onların meyitləri DİN-in helikopteri ilə dağdan endirilib. Faktla əlaqədar Gürcüstan cinayət məcəlləsinin ehtiyyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30