Rusiyalı deputatdan qalmaqallı çağırış: Bu ölkəyə nüvə zərbəsi endirməliyik

05/06/2024 - 12:32

Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev Niderlanda nüvə zərbəsi endirməyə çağırıb.

Publika.az xəbər verir ki, o, bu fikri Vladimir Solovyovla “Bazar axşamı” teleşousunun yayımı zamanı səsləndirib.

Deputat bildirib ki, Avropanın karbohidrogen ehtiyatlarının təxminən 50-60%-i Niderland sahillərində yerləşir. Onun sözlərinə görə, bu, “yağlı hədəfdir” və nəticədə “Avropa diz çökəcək”.

"Buna bir gün bəs edəcək. Minimum nüvə arsenalı ilə”,- deputat deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10