Rusiyanın daha 30 diplomatı ABŞ-ı tərk edəcək - SƏBƏB...
09/12/2022 - 22:16
Rusiyanın daha 30 diplomatı ABŞ-ı tərk edəcək.
Bunu Rusiyanın ABŞ-dakl səfiri Anatoli Antonov “Rossiya-24” telekanalının efirində deyib.
Onun sözlərinə görə, Rusiya xarici nümayəndəliklərinin əməkdaşları viza məhdudiyyətləri səbəbindən geri qayıdacaq.
"ABŞ Rusiyanın ölkədəki diplomatik mövcudluğunu azaltmaq siyasətini davam etdirir. 2023-cü il yanvarın 1-də Dövlət Departamentinin viza məhdudiyyətlərinə görə ABŞ-ı tərk etmək məcburiyyətində qalan daha 30 nəfər bizi tərk edir", - səfir bildirib.