“Saakaşvili ölsə, Gürcüstanda uzun illər nifrət və antaqonizm dövrü olacaq” – GÜRCÜ DEPUTAT

17/01/2023 - 14:19

“Mixail Saakaşvili ölsə, Gürcüstanda uzunmüddətli, 20-30 illik ümidsiz böhran yaşanacaq. Nə İvanişvili, nə də onun ətrafı uğur qazanmayacaq”.

Qafqaz.media xəbər verir ki, bunu Vahid Milli Hərəkat Partiyasından olan deputat Roman Qotsiridze bildirib.

Qotsiridzenin fikrincə, Mixail Saakaşvili öləcəyi təqdirdə İvanişvili qaça bilər, amma onun komandasının bütün üzvləri yox.

“İvanişvili qaça bilər, onun vertolyotu var, ona minib Sxinvaliyə uçacaq, lakin bu bəyanatları səsləndirən insanlar həqiqətən də qaça bilməyəcəklər. Bu, fəlakətli olacaq”, - deyə müxalif siyasətçi bildirib.

Bundan əlavə, Qotsiridze qeyd edib ki, İvanişvili Ukraynada davam edən müharibədə Rusiyanın tərəfindədir.

Qafqaz.media