“Saakaşvilinin məhkəməsi dekabrın 9-na təyin edilib, birgə fəaliyyət vacibdir” – NİKA MELİYA

07/12/2022 - 10:04

Gürcüstan Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın sözlərinə görə, eks-prezident Mixail Saakaşvilinin məhkəməsi dekabrın 9-na təyin edilib.

Qafqaz.media xəbər verir ki, Melia bu barədə sosial şəbəkədə yazıb.

“Vahid, birləşmiş fəaliyyət çox vacibdir", - deyən Meliya bu səbəbdən Milli Hərəkat fraksiyası deputatları, sədrliyə namizədləri, partiya katibliyinin üzvlərini sabah hərəkət planı ilə bağlı Milli Hərəkatın ofisinə toplanmağa çağırır.

"Bizim üçün müdafiə tərəfi və Mixail Saakaşvilinin ailəsi ilə birgə bu prosesi dəstəkləməkdən vacib heç nə yoxdur.

Buna uyğun olaraq, Vahid Milli Hərəkat fraksiyasının deputatlarını, Milli Hərəkatın sədrliyinə namizədləri, partiya katibliyinin üzvlərinin sabah saat 12:00-da Milli Hərəkatın mərkəzi aparatına toplaşaraq yaxın günlərlə bağlı planı müzakirə etməyi xahiş edirəm”, – Nika Melia yazıb.

Qafqaz.media