ŞƏHİD ÖVLADININ KÖMƏYƏ EHTİYACI VAR – "Gələn həftə təcili əməliyyat olunmalıdır..." + FOTOLAR

01/08/2024 - 11:35

“Həyat yoldaşım Məmmədov Şirxan Mahal oğlu artıq bir ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkir. Ona sidik kisəsinin yan divarının bədxassəli törəməsi diaqnozu qoyulub. Sentyabr və oktyabr aylarında iki dəfə uğursuz əməliyyat keçirib. Böyrəyinin funksiyasını yerinə yetirməsi üçün mart ayında keçirdiyi əməliyyat da uğursuz olub”. Bunu Ş. Məmmədovun həyat yoldaşı Lamiyə Məmmədova “AzPolitika”-ya ünvanladığı müraciətdə bildirib. Ş. Məmmədovun 3 uğursuz əməliyyat keçirdiyini qeyd edən L.Məmmədova həyat yoldaşının əvvəlki sağlamlığına qovuşması üçün daha iki əməliyyata girməli olduğunu bildirib.“Həyat yoldaşım iki dəfə yenidən açıq əməliyyat olmalıdı. Həkim önümüzdəki həftə təcili əməliyyat olunmalıdır deyib. Əlimizdə, ovucumuzda nə varsa, hamısını onun müalicəsinə, əməliyyatlarına xərcləmişik. Müayinə xərclərini bankdan borc götürərək, dəyərli əşyalarımızı sataraq qarşılamışıq. Lakin indi artıq maddi durumumuz buna imkan vermir. Həyat yoldaşımın bir əməliyyatı üçün 6-7 min manat civarında vəsait lazımdır. Mən imkanlı şəxslərə üz tutaraq bizə dəstək olmalarını xahiş edirəm. Həyat yoldaşım həm də şəhid övladıdır. Atası Məmmədov Mahal Ələsgər oğlu 1994-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlər zamanı şəhid olub. Mən həmdə yardımsevər xalqımdan şəhid övladının hazırkı vəziyyətinə laqeyd qalmamalarını, bu vəsaitin toplanması üçün imkan daxilində bizə yardım etmələrini xahiş edirəm”, - deyə o bildirib.

Əlaqə nömrəsi: 099-331-00-39

Kart nömrəsi: 5239 1517 8888 1392 (Kapital Bank)

“AzPolitika.info”

 

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55
Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42