Şimali Koreya bir neçə qısa mənzilli ballistik raket buraxıb

18/09/2024 - 07:47

Şimali Koreya şimal-şərq istiqamətində bir neçə qısa mənzilli ballistik raket buraxıb. APA xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb. Onların sözlərinə görə, raketlər yerli vaxtla saat 06:50-də Pyonqan vilayətinin Kaeçon şəhəri ərazisindən şimal-şərq istiqamətində buraxılıb. Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi əlavə buraxılışlara hazır olduqlarını və ABŞ və Yaponiya ilə məlumat mübadiləsi apardıqlarını bildirib. Seulun məlumatına görə, raketlərin uçuş məsafəsi təxminən 400 km olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57