Siyarto: Ukraynada sülh istəyən ölkələr Avropada hücuma məruz qalır
24/09/2024 - 06:52
Ukraynada sülhün bərqərar olması üçün çalışmaq istəyini ifadə edən ölkələr və siyasətçilər Avropada hücuma məruz qalır və tənqid olunur. APA xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto Nyu-Yorkda keçirilən sammitdə deyib. “Təəssüf ki, bu gün Avropada münaqişə var və sülhü müdafiə edənlər dərhal damğalanır, hücuma məruz qalır, tənqid olunur”, - nazir vurğulayıb.