Sumqayıtda qardaş qardaşı bıçaqlayıb - YENİLƏNİB

27/08/2024 - 10:59

Sumqayıt şəhərində iki qardaş arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onlardan birinin xəsarət alması barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, hadisə ilə bağlı araşdırma başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

     

    ***

    09.39

    Sumqayıtda qardaş qardaşı bıçaqlayıb. APA xəbər verir ki, hadisə şəhərin 1-ci məhəlləsində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Cabbarov Səxavət Nəbi oğlu münaqişə zəminində qardaşı 1971-ci il təvəllüdlü Cabbarov Elşən Nəbi oğluna bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

    Fakt araşdırılır.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ