Tanınmış hərbi jurnalist Kurskda ağır yaralandı - YENİLƏNDİ

08/08/2024 - 04:39

Rusiyalı hərbi müxbir Yevgeni Poddubnının Kursk vilayətində həlak olması ilə bağlı məlumat təkzib olunub. Publika.az xəbər verir ki, bu barədə jurnalistin çalışdığı VQTRK (Rossiya) kanalı məlumat yayıb. Hazırda Poddubnının yaralı vəziyyətdə Kursk vilayət xəstəxanasında olduğu bildirilib.

***

Rusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin müxbiri Yevgeni Poddubnı Kursk vilayətində həlak olub. Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin açıqlayıb. Həmçinin Rusiyanın bir sıra "Telegram" kanalları da onun öldüyü ilə bağlı məlumat yayır. Kursk vilayətinin sərhəd rayonlarında baş verənləri işıqlandıran hərbi müxbirin Ukrayna silahlılarının hücumuna məruz qaldığı deyilir. Bəzi mənbələr isə onun baş verən toqquşmalar zamanı ğldüyünü bildirir. Hələlik məlumat rəsmi təsdiqini tapmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10