Tbilisidə "Komando" tamaşası ilə şəhidlərimizin xatirəsi anılacaq

24/09/2024 - 12:34

Sentyabrın 26-da Gürcüstanın paytaxtı Tbilisidə Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrında Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşəbbüs və dəstəyi ilə şəhidlərimizə, qazilərimizə və bütövlükdə ordumuza həsr olunmuş "Komando" adlı teatr tamaşası nümayiş etdiriləcək. Tamaşa, gənc soydaşlarımızın Gürcüstanda təsis etdiyi "Era Teatrı" tərəfindən hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru və müəllifi Anar Rafiqoğlu, baş rollarda isə Elvir Hasanoğlu, Elnur Vəlizadə, Əli İlqaroğlu və Gül Cəfərova çıxış edəcək. Tamaşa sentyabrın 27-də qeyd olunan Anım Gününə həsr olunmuş tədbirlər çərçivəsində gerçəkləşəcək. "Komando" tamaşası, eyni zamanda, İkinci Qarabağ Müharibəsinin başlanğıcı olan Zəfər gününə xüsusi diqqət çəkir. Tamaşada torpaqlarımızın işğaldan azad olunması yolunda göstərilən igidliklər və fədakarlıqlar vurğulanacaq.

Hurriyyet.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ