"Telegram"ın yaradıcısı işlətdiyi smartfonun qiymətini AÇIQLADI - FOTO

10/06/2024 - 05:38

"Telegram"ın yaradıcısı Pavel Durov iki il ərzində qiyməti 180 dollar olan sərfəli "Samsung" smartfonundan istifadə etdiyini bildirib.

Publika.az xəbər verir ki, bu barə sahibi olduğu platformada məlumat verib.

Onun sözlərinə görə, son üç il ərzində yaşadığı Dubayda yüksək temperatur səbəbindən qurğu həddindən artıq qızıb.

"Mən bu smartfonu seçdim, çünki o, "Telegram" istifadəçiləri arasında ən populyarlardan biri idi", - deyə Durov yazıb.

Biznesmen az büdcəli telefondan istifadə edərək messencer xidmətini təkmilləşdirmək üçün istifadəçi təcrübəsini başa düşməyə çalışıb. Durov qeyd edib ki, telefonunu dəyişdirməli olacaq.

Durov 2014-cü ildə Rusiyanı tərk etdiyini və geri qayıtmamaq niyyətində olduğunu açıqlayıb. Onun getməsinin səbəbləri arasında ədalətli və müstəqil məhkəmələrin olmaması və bir-birinə zidd qanunların dolaşıqlığı göstərilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10